HaqqımızdaMəhsullarXidmətlərLayihələrKaryeraXəbərlərBloqVideolarQalereya
  • Haqqımızda
  • Məhsullar
  • Xidmətlər
  • Layihələr
  • Karyera
  • Media
Əlaqə

"IB Group" regionda mühüm strateji tərəfdaş kimi çıxış edir, dəmir yolu, enerji və neft-qaz sənayesində yüksək keyfiyyətli məhsul və xidmətlər təqdim edir. Şirkət qlobal standartlara uyğun innovativ həllər təqdim edərək, dayanıqlı inkişafı dəstəkləyir.

Haqqımızda
  • Şirkət haqqında
  • Partnyorlar
  • Karyera
  • Xəbərlər
Məhsullar
    Xidmətlər
      Layihələr
        Əlaqə
        • + 994 (99) 274 99 99+ 994 (12) 436 52 10
        • [email protected]
        • Babək Plaza, 11-ci mərtəbə, Bakı, Azərbaycan
        Məxfilik siyasəti

        ©2026. Bütün hüquqlar qorunur - IB GROUP OF COMPANIES

        Veb sayt hazırlanması—ONE studioHosting—Best Host
        • IB Group
        • Layihələr
        • Sumqayıt - Yalama dəmir yolu xəttinin yenidən qurulması
        Banner

        Sumqayıt - Yalama dəmir yolu xəttinin yenidən qurulması

        "IB Group" Şirkətlər Qrupu, Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması layihəsində mühüm rol oynamışdır. Bu layihə, Azərbaycanın tranzit-logistika potensialının gücləndirilməsində və "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında əhəmiyyətli addımdır.

        Layihə çərçivəsində Azərbaycana 2020-ci ildə 7,114 ton, 2024-cü ildə isə əlavə olaraq 8,060 ton rels tədarük edilmişdir. Bu relslər "Yalama-Sumqayıt" dəmir yolu xəttinin çəkilməsi layihəsində istifadə olunmuşdur. Layihənin əsas tikinti işləri yüksək keyfiyyət və standartlarla Türkiyənin "Kolin" şirkəti tərəfindən həyata keçirilmişdir. "IB Group" isə bu layihədə təchizatçı kimi iştirak edərək, rels və digər materialların təmin edilməsinə cavabdehlik daşımışdır.

        Yenidənqurma işləri zamanı 200 km-lik hissədə yeni rels-şpal şəbəkəsi quraşdırılmış, 174 km dəmir yolu ilkin hərəkətə açılmışdır. Bundan əlavə, 95 körpü, 225 dairəvi suötürücü boru, 13 heyvan keçidi və 7 yerüstü piyada keçidi inşa edilmişdir. Bu infrastruktur yenilikləri, yükdaşıma və sərnişindaşıma fəaliyyətlərində vaxta qənaət, nəqliyyat vasitələrinin və infrastrukturun istismarı xərclərinin azalması və təhlükəsizliyin artırılması kimi faydalar gətirəcəkdir.

        "IB Group" və "Kolin" şirkətinin birgə səyi ilə həyata keçirilən bu layihə, Azərbaycanın nəqliyyat-tranzit potensialının daha geniş və səmərəli istifadəsinə şərait yaratmışdır.

        portfolio-2535
        portfolio-2535
        portfolio-2535
        portfolio-2535
        portfolio-2535
        portfolio-2535
        portfolio-2535

        Paylaş

        Digər layihələr

        portfolio
        Azərbaycan Dəmir Yolları üçün P65 relslərinin təchizatı və yola salınmasıDəmir yolu
        portfolio
        Moldovada dəmir yolu infrastrukturunun tikintisi və təchizatıDəmir yolu
        portfolio
        Ukrayna Dəmir Yollarına (Укрзалізниця) yanlıq ixracıDəmir yolu