
"IB Group" Şirkətlər Qrupu, Qazaxıstanın Qərbi Qazaxstan Əyalətində yerləşən Aksay şəhəri yaxınlığında, Karçaqanak qaz-kondensat yatağı ərazisində yarımstansiya qurulması və istismarı layihəsində iştirak edərək, regionun enerji təchizatı infrastrukturunun inkişafına mühüm töhfə vermişdir.
Layihə çərçivəsində, yüksək gərginlikli elektrik enerjisinin dayanıqlı və təhlükəsiz şəkildə ötürülməsi üçün beynəlxalq standartlara uyğun müasir avadanlıqlar təchiz edilmişdir. "IB Group" tərəfindən təmin olunan yarımstansiya infrastrukturu həm sənaye obyektlərinin, həm də yerli əhalinin enerji ehtiyaclarını qarşılamaq məqsədini daşıyır.
Bu layihə, Karçaqanak qaz-kondensat yatağının enerji potensialından daha səmərəli istifadə edilməsinə, dayanıqlı inkişafın təmin edilməsinə və Qərbi Qazaxstan Əyalətində enerji paylama şəbəkəsinin modernləşdirilməsinə şərait yaradır.