
"IB Group" Şirkətlər Qrupu, Heydər Əliyev adına Neft Emalı Zavodu üçün boru xətti və klapan təchizatı layihəsində iştirak edərək zavodun modernləşdirilməsi prosesinə mühüm töhfə vermişdir. Layihə, enerji səmərəliliyini artırmaq, əməliyyat xərclərini azaltmaq və təhlükəsizliyi maksimum dərəcədə təmin etmək məqsədilə həyata keçirilmişdir.
Layihə çərçivəsində "IB Group" müasir standartlara cavab verən yüksək keyfiyyətli boru və klapanların təminatını həyata keçirmişdir. Təchiz edilmiş məhsullar, zavodun infrastrukturunun dayanıqlığını və davamlılığını artırmaq üçün nəzərdə tutulmuşdur.
Bu layihə, Azərbaycanın neft emalı sənayesində inkişafı dəstəkləməklə yanaşı, Heydər Əliyev adına Neft Emalı Zavodunun beynəlxalq standartlara uyğunlaşdırılmasında mühüm rol oynamışdır.