
"IB Group" Şirkətlər Qrupu, Azərbaycanın sənaye potensialını gücləndirən mühüm layihələrdən biri olan "Azərkimya" İstehsalat Birliyi boru xətlərinin yenilənməsi layihəsində təchizatçı kimi iştirak etmişdir. Bu layihə, neft-kimya sənayesində dayanıqlılığı artırmaq, enerji səmərəliliyini yüksəltmək və əməliyyat xərclərini azaltmaq məqsədini daşıyır.
Layihə çərçivəsində "IB Group" müasir standartlara uyğun yüksək keyfiyyətli boruların təminatını həyata keçirmişdir. Təchiz edilən məhsullar təhlükəsiz və uzunmüddətli istismar üçün nəzərdə tutulmuşdur.
"Azərkimya" İstehsalat Birliyi üçün həyata keçirilən bu layihə, Azərbaycanın neft-kimya sənayesinin inkişafını dəstəkləməklə yanaşı, infrastrukturun modernləşdirilməsində və davamlı inkişafın təmin edilməsində mühüm rol oynayır.