
16 dek 2023
Bu gün Pekində “IB Group” MMC-nin icraçı direktoru Babəkəfəndi İmanov və “Baotou Steel” dövlət müəssisəsinin icraçı direktoru Vu Syanqdunun iştirakı ilə Azərbaycan və Ukrayna ilə yanaşı türk dövlətlərində də eksklüziv təmsilçilik hüququnun verilməsi haqqında müqavilə imzalanıb.
Qeyd edək ki, “IB Group” MMC ilə “Baotou Steel” dövlət şirkəti arasında uzunmüddətli strateji əməkdaşlıq əlaqələri mövcuddur.
“Baotou Steel” 1954-cü ildə təsis edilib və tam sənaye zəncirləri və dikişsiz polad çeşidləri ilə Çinin ən böyük polad istehsalçısıdır.
“Baotou Steel” ilk dəfə olaraq Azərbaycan bazarına 7,114 ton həcmində rels satışı həyata keçirib. Bu relslər “Yalama-Sumqayıt” dəmir yolu xəttinin tikintisi layihəsində istifadə olunub. Bundan əlavə, “IB Group” bu il Ukrayna dəmir yolları üçün dövlət sifarişini təmin edib. Şirkət müharibə dövründə Qara dəniz üzərindən gəmilər vasitəsilə 27 min ton dəmir yolu relsinin daşınmasını həyata keçirib.
Mənbə: Haqqin.az

03 okt 2026
IB Group komandası rəsmi dileri olduğumuz Aktobe Rels və Profil Zavodunda (ARBZ) istehsal xətlərini izlədi və Azərbaycana göndəriləcək P65 relsi, dvutavr və bucaq partiyalarını təhvil öncəsi yoxladı.

05 iyn 2026
Belarus-Azərbaycan Biznes Forumu çərçivəsində dəmir yolu məhsullarının Belarusa tədarükü müzakirə olunub.

05 iyn 2026
IB Group Belarus-Azərbaycan Biznes Forumunda təmsil olunub; əsas diqqət dəmir yolu sahəsinə yönəlib.